İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrıldı

776 4-07-2022, 12:54 cemiyyet

İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrıldıAzərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılıb.
Moderator.az bildirir ki, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Xeberdar.net

XƏBƏR LENTİ