Bakıda zavodda fəhlə öldü

864 6-07-2022, 10:34 hadise

Bakıda zavodda fəhlə öldüİyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.

Bu barədə Musavat.com-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

XƏBƏR LENTİ