Kanal 13-ün rəhbəri təhdid edildi

Kanal 13-ün rəhbəri təhdid edildiKanal 13-ün rəhbəri, jurnalist Əziz Orucov ailəsinin yanında təhdid edilib. Bu haqda o, özünün feysbuk səhifəsində yazıb.
Jurnalistin yazısını təqdim edirik:


Dünən saat 19:00 -19:30 radələrində ailəlikcə şəhərə çıxdıq. Sahil Bağına təzəcə çatmışdıq ki, bizə hündür boylu, 30-35 yaşlarında bir nəfər yaxınlaşdı və əvvəlcə uşağı öpürmüş kimi davrandı daha sonra mənə tərəf çöndü, adamı əvvəllər də sanki müxtəlif yerlərdə dəfələrlə görmüşəm ama xatırlaya bilmədim. Mənə baxaraq soruşdu:
-MƏNİ TANIDIN?
– YOX TANIMADIM, AMMA TANIŞ GƏLİRSƏN
-MƏN SƏNİ YAXŞI TANIYIRAM AMMA…
-BƏS SƏN KİMSƏN?
-BU UŞAQ OLMASA BİLƏRDİN
-ANLAMADIM
-HƏR ŞEY QURBAN UŞAĞA
-ALLAH SƏNİN DƏ BALALARINI QORUSUN
-MƏN ALLAH ZAD TANIMIRAM…
Ardınca Allahı təhqir edib mənə isə XƏBƏRDARLIQ etdi!
-BİR DƏ BELƏ ELƏSƏNİZ BİLİRSƏN NƏ OLACAQ!
Bunu deyib çıxıb getdi.
Bu adamın sifəti çox tanış gəldi ama bunu ancaq küçədə, yolda gördüyümü düşünürəm.
Mənim indiyədək kimsəylə şəxsi münasibət zəminində belə problemim olmayın. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, İCTİMAİ YERDƏ, PARKIN ORTASINDA, GÜNÜN GÜN ORTASINDA, MƏNİ TƏHDİD ELƏTDİRİRLƏR!
Bu hadisə daha əvvəl olsaydı boş verərdim, amma Tofig Yagublu ya, Bəxtiyar Hacıyevə və Aytən Məmmədovaya qarşı törədilən cinayət hadisələrinin davamı olduğunu düşünürəm!
Məsələ ilə bağlı “BİR DƏ BELƏ ETSƏNİZ BİLİRSƏN NƏ OLACAQ” deyərək məni təhdid edən şəxsin kim və ya hansı orqan tərəfindən göndərilməsi hələ də cəmiyyətimizdə kriminal ünsürlərin “hünər” – indən xəbər verir! Tapılacağına və kimliyinin araşdırılacağına zərrə qədər inamım olmasa da bunu yazmaqla CƏMİYYƏTİMİZİ məlumatlandırmaq istədim!
P. S. MƏNƏ AĞIL VERMƏYƏ QALXIŞAN ADAMLAR, MƏN ÖZ İRADƏMLƏ XALQIMIN, HÜQUQU POZULANIN, MƏZLUMUN, HAQQIN YANINDAYAM! BÜTÜN ENERJİMİ İSƏ ÖLKƏMİZİN DEMOKRATİKLƏŞMƏSİNƏ, XARİCDƏ OLAN VƏ HƏSƏD APARDIĞIMIZ MÜHİTİN ÖLKƏMİZDƏ QURULMASINA, AZƏRBAYCANIMIZIN SABAHININ BU GÜNÜNDƏN DAHA YAXŞI OLMASINA, GƏLƏCƏYİMİZİN FİRAVAN OLMASINA HƏSR ETMİŞƏM!!! QISA OLARAQ BİLİN Kİ, NƏ ETMİŞƏMSƏ DÜZ ETDİYİMİ DÜŞÜNÜRƏM İNDİYƏDƏK, İNDƏN SONRADA DAVAM EDƏCƏM! HƏR HALDA BU VƏTƏNİ CANINDAN ÇOX SEVMƏYƏ DƏYƏR! VƏ SEVƏNLƏRİ DƏ VAR!
P.S.S. Əminliklə deyə bilərəm ki, Hacı Məmmədovun əməllərini bu gün də kimlərsə davam etdirir!!!”
Əziz Orucov 2017-cilin dekabrin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il azadlıqdan məhrum edilib. O, 5 aprel 2018-ci il tarixində məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

Xeberdar.net

Kanal 13-ün rəhbəri təhdid edildi

  • 8-07-2022, 18:14
  • 1 270


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI