Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü - FOTO

765 15-07-2022, 10:14 hadise

Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü - FOTOBir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan polis mayoru vəfat edib.Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Qubat Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirmişdi. O, hadisə zamanı ağır xəsarətlər almışdı.

XƏBƏR LENTİ