Çində 20-yə yaxın bank 6 milyard dollarlıq əmanətlərin itirilməsi səbəbindən risk görmür

663 15-07-2022, 11:11 dunya

Çində 20-yə yaxın bank 6 milyard dollarlıq əmanətlərin itirilməsi səbəbindən risk görmürÇinin 20-yə yaxın ən böyük milli və regional bankı öz rəsmi açıqlamalarında müştərilərini əmanətlərin qəbul edilməməsi riskinin olmadığına əmin ediblər.

Bu barədə Xeberdar.net “TASS”a istinadən xəbər verir.

Bu bəyanat Henan əyalətində baş vermiş böyük qalmaqal fonunda hazırlanıb və hazırda dörd bankda ümumi məbləği təxminən 40 milyard yuan (təxminən 5,97 milyard dollar) olan əmanətlərin yoxa çıxması ilə bağlı iş araşdırılır.

Ən azı 18 maliyyə institutu dərc edilən müvafiq bəyanata qol çəkib. Onların arasında Çinin beş ən böyük bankı - ICBC, China Construction Bank, Bank of China, Agricultural Bank of China, Bank of Communications var.

Ölkənin ən böyük bankı olan ICBC öz açıqlamasında daşınmaz əmlak sahəsində risklərin mövcudluğuna diqqət çəkib və eyni zamanda bunun fonunda müəyyən obyektlərin çatdırılmasında gecikmələrin müşahidə olunduğunu bildirib.

Bəzi maliyyə qurumları sosial şəbəkələrdə nağd pulun olmaması, əmanətlərdən və şəxsi hesablardan vəsaitlərin verilməsindən imtina edilməsi, həmçinin yeni kreditlərin dondurulması ilə bağlı yayılan məlumatları təkzib ediblər.

XƏBƏR LENTİ