Daha bir vəzifəli şəxs söyüşləri ilə GÜNDƏM OLDU - Səs yazısı yayıldı...

1 323 21-07-2022, 18:23 gundem

Daha bir vəzifəli şəxs söyüşləri ilə GÜNDƏM OLDU - Səs yazısı yayıldı...Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə rəis təyin etdirdiyi Şakir Quliyev son zamanlar tək ekologoyanı məhv etməsi ilə deyil, həm də əxlaqsız hərəkətləri və söyüşləri ilə də gündəmə gəlib.

Bu şəxs bildirir ki, mənim arxamda Ekologiya nazirinin müavini Vüqar müəllim durub.
Aldığımız məlumata görə, Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov da Şakir Quliyevlə həmyerli olduğu üçün onu müdafiə edır və həm də verdiyi saxta rəylər əsasında yaşıllıqları məhv etdirirlər.

Azerinfo.az informasiya agentliyinə etibarlı mənbədən daxil olan bir məlumatda aydın görünür ki, bir vətəndaş Şakir Quliyevə zəng vurur və meşədən işlik bir material maşının çıxdığını bildirir, Şakir isə öz əxlaqın göstərək vəzifəsinə, yaşına yaraşmayan küçə söyüşləri ilə onu təhqir edir.

Biz əvvəl elə bilirdik bu əxlaqdan kənar dırnaq arası ekoloq tək jurnalistləri söyür, sən demə, bu hamını təhqir edir.
Görün Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə gündədir ki, Şakir kimi əxlaqsızları rəis vəzifəsinə təyin edirlər.

Bundan başqa pensiya çıxmış hərbi komissarlar, hərbiçilər, sosial təminatından qovulmuşlar, bədən tərbiyə müəllimləri, bir sözlə meşə sahəsinə yad ixtissaslı kadrları gətirib direktor vəzifəsinə təyin etdirlər.

Düşünürük ki, aidiyyatı qurumlar bu yazılarımızla bağlı bir ölçü götürəcək.

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq

XƏBƏR LENTİ