Kremlin tam işğal niyyəti: Bütün Ukrayna “neonasizm”dən azad edilməlidir

588 29-07-2022, 13:28 dunya

Kremlin tam işğal niyyəti: Bütün Ukrayna “neonasizm”dən azad edilməlidir“Kreml hesab edir ki, Ukraynanı ümumilikdə “neonasist əhval-ruhiyyəsindən” azad etmək lazımdır”.

Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə açıqlamasında səsləndirib.

O, “Ukraynada Rusiya şəhərlərini azad etməyin vaxtı çatıb” deyən “DXR” “rəhbəri” Denis Puşilinin sözlərini şərh edib.

“Kreml Ukraynanı hər cür “neonasist əhval-ruhiyyə” təzahürlərindən azad etməyin zəruri olduğunu dəstəkləyir. Bunu mütləq etmək lazımdır. Biz “LXR” və “DXR”dəki insanları qorumalıyıq”, – Peskov Kremlin belə bir mövqeyi dəstəkləyib-dəstəkləmədiyi sualına cavab olaraq bildirib.

XƏBƏR LENTİ