İrəvanın növbəti TƏXRİBATI: Metsamor AES işə salınacaqmı?

İrəvanın növbəti TƏXRİBATI: Metsamor AES işə salınacaqmı?“Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin 2026-cı ilə qədər bərpa olunması ilə bağlı məsələ müəyyən qüvvələrin təzyiqi altında gündəmə gətirilir”.

Musavat.com xəbər verir ki, bunu Publika.az-a açıqlayan Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, bütün dünyanın diqqətini cəlb etmək üçün bu mövzu məhz "Sputnik Ermənistan" multimedia platformasında müzakirəyə çıxarılır:

“Təxribat xarakterli bu məlumatı ona görə yayırlar ki, stansiya işə salınan zaman həm regionda, həm də beynəlxalq ictimaiyyətdə narazılıqlar baş verməsin. Bunlar hamısı yalan söz-söhbətdir. Stansiyanın qurulması və istifadəyə verilməsi uzun prosesdir. MAQATE Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan alimlərinin iştirakı ilə yenidən yoxlama aparmalı və müvafiq qərar verməlidir”.

AES-in keçmiş SSRİ dövründə inşa edildiyini xatırladan Ə.Əliyevin fikrincə, onun Ermənistan ərazisinə salınması o dövrki hakimiyyətin ən böyük səhvlərindən biridir:

"Bu stansiya Yerevanın o dövrki rəhbərliyinin Moskvaya təzyiqləri nəticəsində tikildi və müəyyən səhvlərə yol verildi. Artıq uzun illər keçib və həm stansiyanın istifadə müddəti bitib. Onlar yenidən qurulmalı və müasir texnoloji avadanlıqlarla təchiz olunmalıdır ki, bu da müəyyən zaman tələb edir. Qafqaz dağları cavan dağlar qrupuna aid olduğu üçün hər il bir neçə santimetr qalxır və seysmoloji cəhətdən həssas bölgə sayılır. Qalxmalar Ermənistana da təsir edir. Bunları nəzərə alan MAQATE bir neçə il əvəl stansiyanın fəaliyyətini qadağan etdi. Metsamor AES Türkiyə sərhədinə yaxın olduğu üçün daha təhlükəlidir. Stansiya işə düşərsə, havaya buraxılan radioaktiv tullantılar cənubdan, əsasən də Afrikadan və Ərəbistan yarımadasından gələn hava axınları vasitəsilə həmin ölkələrə daxil olacaq. Bu da həm bölgədə ekoloji tarazlığı pozacaq, həm də milyonlarla insanın sağlamlığına mənfi təsir göstərəcək. Düşünürəm ki, Ermənistanın ölkəmizə düşmənçilik mövqeyinə görə, Azərbaycan da müəyyən addımlar atmalıdır ”.

Yayılan məlumatlara görə, Rusiya da AES-in işə salınmasında maraqlıdır. Ekspert bu barədə məlumatlı olduğunu, hətta yeni stansiyanı birgə tikmək üçün müzakirələrin getdiyini diqqətə çatdırdı:

“Əgər doğrudan da Rusiya AES-in fəaliyyətə başlamasında maraqlıdırsa, MAQATE müvafiq qərarlar verdikdən sonra bu məsələyə qarışa və yalnız yeni stansiyanın tikintisində maraqlı ola bilər. Çünki, AES Rusiya ərazisi və əhalisi üçün heç bir təhlükə daşımır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın energetika üzrə eksperti, "Geoenergy.info" jurnalının baş redaktoru Boris Martsinkeviç bildirib ki, Ermənistanın Metsamor AES-i 2026-cı ilə qədər yenidən işə salına bilər: “Bu, MAQATE-nin razılığı olmadan baş tutmazdı. Əgər baş tutubsa, o zaman tam olaraq 2026-cı ilə qədər işləyəcək. Yəni, heç bir siyasətə ehtiyac yoxdur”.

İrəvanın növbəti TƏXRİBATI: Metsamor AES işə salınacaqmı?

  • 1-08-2022, 16:09
  • 332


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI