Bu ərazilər tezliklə Rusiyaya birləşəcək

Bu ərazilər tezliklə Rusiyaya birləşəcəkKrımı, Azov dənizini qorumaq üçün biz Xerson və Zaporojye bölgələrinə sahib olmağa məcburuq.

Axar.az xəbər verir ki, bu sözləri “Regnu” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.

“Yaxın vaxtlarda Xerson, Zaporojye, Donetsk və Luqanskda referendumlar keçiriləcək və bu vilayətlər Rusiyanın tərkibinə qatılacaq. Buna heç bir şübhə yoxdur. Bundan əlavə, Rusiyanın Odessa və Nikolayevi tutub, Dnestryanı ilə quru əlaqəsi əldə edəcəyinə də əminəm.

Ən təmiz rusca danışan şəxslər Dnestryanıdadır, ona görə də ora bizim torpağımızdır. Beləliklə də keçmiş Ukraynanın yerində yeni xəritə belə formalaşdırılır və burada Makrona ehtiyac yoxdur”, - Kolerov bildirib.

Onun sözlərinə görə, reallıqda Ukraynada gedən mübarizədə Rusiyanın tərəfində yalnız Belarus durur:

“Postsovet məkanında demək olar ki, Rusiya tək qalıb. Lakin dünyada dövlətlərin bir çoxu Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. Rusiya Çinin gücü sayəsində özünü yenidən alternativ ittifaqda tapıb. Zaman bizim tərəfimizdədir, həm də qış gəlir. Və bu şərtlər altında Qərbin bütün danışıq cəhdləri Rusiyanın Ukraynada təslim olmasına yönəlib. Son məqamda Ukrayna Krımın, Luqansk və Donetsk bölgələrinin bizim olmasına razılaşmalı olacaq”.

Bu ərazilər tezliklə Rusiyaya birləşəcək

  • 2-08-2022, 12:35
  • 333


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI