Ölkədə İrana qarşı etirazlar... – Baş nazirdən barışıq mesajı

568 2-08-2022, 15:36 dunya

Ölkədə İrana qarşı etirazlar... – Baş nazirdən barışıq mesajıİraq Baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda hökumət binalarının yerləşdiyi “Yaşıl Zona”da oturaq aksiyaları davam etdirən “Sədr” Hərəkatının üzvlərinə çağırış edərək, dövlət qurumlarını boşaltmalarını tələb edib.

Xeberdar.net Teleqraf.com-a istinadən xəbər verir ki, Kazımi ölkədə baş verən son hadisələrlə bağlı açıqlamasında siyasi qruplar arasında milli dialoq və barışığa çağırıb.

Baş nazir parlament binasında aksiyanı davam etdirən “Sədr” Hərəkatının lideri Müqtəda əs-Sədrə bağlı etirazçılara müraciətində deyib:

“Mesajınız aydındır və soyuqqanlılığınız təqdirəlayiqdir. Bütün tərəflərin razılaşa biləcəyi milli həll layihəsini həyata keçirməyin vaxtıdır. Etirazçıları təhlükəsizlik qüvvələri ilə həmrəy olmağa, dövlət qurumlarına hörmət etməyə, onları dövlət qurumlarının binalarından çıxmağa və ictimai asayişi qorumağa çağırıram”.

Kazıminin açıqlamasından sonra Sədrə yaxın sosial şəbəkə hesabından “Davam edirik” paylaşımı edilib.

Sədrin adından verilən mesajda bildirilib ki, Baş nazir Kazıminin çağırışından sonra "Yaşıl Zona”dan geri çəkilməyəcəklər.

2021-ci ilin oktyabrında İraqda keçirilən seçkilərdə qalib gələn İraq şiələrinin lideri Müqtəda əs-Sədr İranyönlü partiyalarla hökumət qurmaq istəməyib və daha sonra siyasətdən çəkildiyini açıqlayıb. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi “Koordinasiya Çərçivəsi”nə keçdi.

“Koordinasiya Çərçivəsi” iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan edib.

Sədr tərəfdarları İrana yaxın təşkilat olan “Koordinasiya Çərçivəsi”nin baş nazir namizədi Sudaniyə etiraz etmək üçün iyulun 30-da “Yaşıl Zona”ya daxil olaraq parlament binasını ələ keçirib və burada oturaq aksiyaya başlayıblar.

XƏBƏR LENTİ