Misirdə avtobus və yük maşını toqquşub: 17 nəfər ölüb

559 3-08-2022, 11:20 dunya

Misirdə avtobus və yük maşını toqquşub: 17 nəfər ölübMisirin cənubunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Bu barədə “Sky News Arabiya” telekanalı məlumat yayıb.

Qəza nəticəsində 17 nəfər həlak olub.

Qəza ötən gecə Sohaq əyalətində baş verib. Avtobus sürücüsü digər avtomobili ötmək üçün qarşıdan gələn zolağa çıxıb. Nəticədə yük maşınına çırpılıb. 17 nəfər hadisə yerində ölüb. Daha 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, qəzaya görə məsuliyyəti avtobusun sürücüsü daşıyır.

(Oxu.az)

XƏBƏR LENTİ