Erməni tərəfi sentyabrın 1-dək Laçını təhvil verməyə razılaşdı?..

640 4-08-2022, 11:57 dunya

Erməni tərəfi sentyabrın 1-dək Laçını təhvil verməyə razılaşdı?..Dünən axşamdan Ermənistan mediasında guya erməni tərəfinin sentyabrın 1-dək Laçın şəhərini və ətraf 3 kəndi tərk etmələri haqda razılıq verməsi haqda məlumatlar yayılıb.

"Erməni tərəfinə sentyabrın 1-dək Laçın şəhəri və rayonun 3 kəndindəki erməni sakinlərin həmin yaşayış məntəqələrini tərk etmələri, Ermənistan tərəfinin isə alternativ yolu çəkmələri üçün vaxt verilib".

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.

Əldə etdiyimiz məlumata görə, böyük hərbi əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi də Azərbaycanı nəzarətinə keçib.

“Gecə nisbətən sakit keçib. Görünən odur ki, danışıqlarda razılıq əldə olunub”.

Bunu isə “Hetq” qəzetinin baş redaktoru Edik Baqdasaryan öz “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, azərbaycanlılar razılaşmanı pozmasalar, ayın sonuna kimi Laçından yan keçən yol çəkməli və Laçını təslim etməliyik”- daha sonra erməni redaktor belə deyir.

XƏBƏR LENTİ