Ağdamda kütləvi zəhərlənmə: SON VƏZİYYƏT AÇIQLANDI

704 10-08-2022, 11:55 cemiyyet / hadise

Ağdamda kütləvi zəhərlənmə: SON VƏZİYYƏT AÇIQLANDIAğdam rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənənlər xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.
Bəs xəstəxanadakı zəhərlənməyə nə səbəb olub?

Xəstəxanada tibb işçilərinin özləri zəhərləndi. Hadisə Ağdam rayon Mərkəzi xəstəxanasında baş verib.

Kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində – Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

Zəhərlənən 12 nəfər tibb işçisinin vəziyyəti normal olsa da, yenə də həkim nəzarətində saxlanılır.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya gəlib. Zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

XƏBƏR LENTİ