Ukraynada Rusiya casusu saxlanılıb

530 11-08-2022, 12:04 dunya

Ukraynada Rusiya casusu saxlanılıbUkrayna Təhlükəsizlik Xidməti (UTX) ölkədəki Rusiya casusunu saxlayıb.
Xeberdar.net UNIAN-a istinadən xəbər verir ki, həmin şəxs Qərbin Ukraynaya silah tədarükü ilə bağlı kəşfiyyat məlumatları ötürürmüş.

İstintaqın məlumatına görə, özünü hərbi ekspert kimi təqdim edən casus Kiyev sakinidir.

Onun Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə kəşfiyyat və təxribat fəaliyyətinə cəlb olunduğu müəyyən edilib.

XƏBƏR LENTİ