DSX-nin yeni xüsusi təyinatlıları and içib

573 11-08-2022, 14:31 cemiyyet

DSX-nin yeni xüsusi təyinatlıları and içibDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının və Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini vurğulanıb, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini deyiblər.

Xeberdar.net

XƏBƏR LENTİ