Azərbaycanın bəzi rayonlarında un qıtlığı yaranıb - VİDEO

Azərbaycanın bəzi rayonlarında un qıtlığı yaranıb - VİDEOSon vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.

Vətəndaşların “Xəzər Xəbər”ə müraciətindən sonra məlum olub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son bir həftədir, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Bəs buna səbəb nədir?

Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal-hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir, un gəlmir.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirirlər.
Hətta Qax rayonunda un tapa bilməyib, qonşu rayona üz tutan sakinlər də var.

Şimal-qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya tədbirləri aparılır. Bu, oxşar müəssisələrdə mərhələlərlə aparılır ki, una tələbat pozulmasın.

Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.

Azərbaycanın bəzi rayonlarında un qıtlığı yaranıb - VİDEO

  • 12-08-2022, 10:30
  • 1 794


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI