Özünü yandıran qazinin durumu necədir? - AÇIQLAMA

527 19-08-2022, 10:25 cemiyyet

Özünü yandıran qazinin durumu necədir? - AÇIQLAMAÖtən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Xeberdar.net xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.

"Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ