Sudanda daşqın - 80 nəfər ölüb, fövqəladə vəziyyət elan edilib

506 22-08-2022, 10:47 dunya

Sudanda daşqın - 80 nəfər ölüb, fövqəladə vəziyyət elan edilibSudanda leysan yağışlar sellə – onlarla insanın ölümünə səbəb olan təbii fəlakətlə nəticələnib.

Xeberdar.net-in “Haber Global”a istinadən məlumatına görə , sel nəticəsində ölənlərin sayı artıb.

Nazirlər Kabineti təbii fəlakətlə əlaqədar bir sıra əyalətlərdə fövqəladə vəziyyət elan edib.

Leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb. Qeyd edilir ki, Gezira, Ağ Nil, Qərbi Kordofan, Cənubi Darfur və Kassala əyalətlərində baş verən daşqınlarda ölənlərin sayı 80-ə çatıb. Nazirlər Şurası həmin əyalətlərdə fövqəladə vəziyyət elan edib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, iyun ayından bu günə kimi Sudanda təxminən 136 000 nəfər daşqınlardan və leysan yağışlardan zərər çəkib.

Sudanda adətən iyun ayında başlayan yağışlar sentyabr ayına qədər davam edir, avqust və sentyabrda tez-tez sel və daşqınlar yaşanır. 2020-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 100-ə yaxın insan həyatını itirib, 100 mindən çox ev təbii fəlakətdən zərər çəkib. Ölkədə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Xeberdar.net

XƏBƏR LENTİ