Kiyev vilayətində partlayış səsləri eşidildi, amma...-RƏSMİ

441 25-08-2022, 10:30 dunya

Avqustun 25-nə keçən gecə səhərə yaxın Kiyev vilayətində gurultulu partlayışlar baş verib.
Xeberdar.net-in "UNİAN"a istinadən məlumatına görə, bu barədə yerli vaxtla saat 04:42-də(Bakı-05:42) Kiyev VHA-nın rəhbəri Aleksey Kuleba Telegram-da məlumat paylaşıb.

"Vışqorodski rayonunun icmalarından birində bir neçə partlayış səsi barədə məlumat var. Məlumatı dəqiqləşdiririk. Fövqəladə xidmətlər artıq işləyir. Dəqiqləşdirmə aparılır", - administrasiya rəhbəri belə yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış yerində yanğın baş verib.

Kuleba bölgə sakinlərini həyəcan siqnalına biganə yanaşmamağa çağırıb.

Xeberdar.net

XƏBƏR LENTİ