Qazaxıstan neftinin nəqli Azərbaycan ilə müzakirə edilir

1 299 25-08-2022, 11:00 iqtisadiyyat

Qazaxıstan neftinin nəqli Azərbaycan ilə müzakirə edilir"Qazaxıstan neftinin mümkün nəqli ilə bağlı Azərbaycan ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində müzakirələr aparılır".

“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “KazMunayQaz” şirkətinin İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev bildirib.
“Əvvəlcə detallar razılaşdırılmalıdır. Bütün razılaşmalar əldə edildikdən sonra ətraflı məlumat verəcəyik. Azərbaycanın iki neft kəməri var. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərlərindən neftimizin nəqli üçün istifadə oluna bilər”, - deyə o, qeyd edib.

"Sanışıqlar aktiv fazadadır, lakin şərtlər hələ müəyyən edilməyib. Uzunmüddətli perspektivdə Qazaxıstanın neftinin nəqli üçün Xəzər Boru Kəməri Konsorsiumu (KTK) ilə müqayisə edilə bilən kifayət qədər alternativ marşrutlar var", - deyə sədr müavini əlavə edib.

XƏBƏR LENTİ