Gülşən ev dustaqlığına buraxıldı

491 29-08-2022, 14:39 dunya

Gülşən ev dustaqlığına buraxıldıTürkiyəli müğənni Gülşənlə bağlı məhkəmə qərarı verilib.

Musavat.com xəbər verir ki, Gülşən ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarların qəzəbinə səbəb olmuşdu. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

XƏBƏR LENTİ