“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək”İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

525 1-09-2022, 22:30 cemiyyet

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək”İctimai Birliyi növbəti layihəsinin icrasına başladı


Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 2022 -ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlərin təşkili “ layihəsinə start verildi. 2 ay müddətində (01.09.2022-01.11.2022 ) icra olunacaq layihə çərçivəsində müxtəlif təhsil müəssələrini təmsil edən, əsasən qadınlarla işləyən 30 nəfər təlimlərə cəlb olunacaq. Həmin 30 nəfərə 5 ayrı mövzuda seminarlar keçiriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ