Gürcüstan əhalisinin 79,8 faizi internetdən istifadə edir

453 2-09-2022, 10:34 dunya

Gürcüstan əhalisinin 79,8 faizi internetdən istifadə edirGürcüstan əhalisinin 79,8 faizi internetdən istifadə edir. Bu da keçən illə müqayisədə 2,4 faiz çoxdur.

Xeberdar.net xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, son 3 ayda aparılan sorğu nəticəsində məlum olub ki, ən azyaşlı internet istifadəçisinin 6 yaşı var. İnternetdən istifadə edənlərin 92,8 faizi şəhərlərdə yaşayır. Qadın və kişi istifadəçilərin sayı demək olar ki, bərabərdir.

İnternet istifadəçilərinin 95,9 faizi sosial şəbəkələrlə maraqlanır və onların da 91,2 faizi audio-video materiallara baxır. İstifadəçilərinin yalnız 49,3 faizi qəzet, jurnal və onlayn xəbərləri oxuyurlar.

Qeyd olunur ki, internet istifadəçilərinin 60,3 faizi kompüterlə təmin olunublar. Bununla belə, əhalinin 88,1 faizi internetdən mobil telefonlar vasitəsilə istifadə edir.

XƏBƏR LENTİ