Şagirdlər onlara pis qiymət verən müəllimi ağaca bağlayaraq döydülər - VİDEO

494 2-09-2022, 10:41 dunya

Şagirdlər onlara pis qiymət verən müəllimi ağaca bağlayaraq döydülər - VİDEOHindistanın Jarkhand əyalətinin Dumka rayonunda şagirdlər imtahandan aşağı qiymət aldıqları üçün riyaziyyat müəllimi və məktəbin inzibatçısını ağaca bağlayaraq döyüblər.

Xeberdar.net "oxu.az"a istinadən xəbər verir ki, hadisə dövlət məktəbinin 11-ci sinif şagirdləri tərəfindən törədilib.

Şagirdlər riyaziyyat müəllimi Suman Kumarın onlara testin praktiki hissəsindən qəsdən pis qiymətlər yazdığını və buna görə də imtahandan qaçdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi hadisə ilə bağlı rəsmi olaraq polisə şikayət etməyib.
[media=//baku.tv/az/dunyaa/60098/]

XƏBƏR LENTİ