Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO

438 5-09-2022, 10:33 cemiyyet / hadise


Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTOBakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol kənarında dayanan sərnişin taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus “Toyota Prius” markalı avtomobili saxlamasını xahiş edib.

Eyni istiqamətdə hərəkətdə olan digər eyni markalı maşının sürücüsü dayanan avtomobilə çırpılıb.

Sonuncuda olan sürücü zərbənin təsirindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO
Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO
Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO

XƏBƏR LENTİ