Ramiz Mehdiyevin məhkəmədə ifadə verməsi istənilib

504 5-09-2022, 19:47 cemiyyet

Ramiz Mehdiyevin məhkəmədə ifadə verməsi istənilib“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda vəkillər Elçin Sadıqov və Pərviz Məmmədov iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıblar.

Müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Hər iki vəsatət baxılmamış saxlanılıb.

Bundan başqa, məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsi istənilib.

“83 yaşlı adamdır, lazım deyil”, - Rasim Məmmədov vəsatətə münasibət bildirib.

Məhkəmə zərurət yaranacağı halda əlavə şahidlərin çağırılmanın mümkün olacağını qeyd edərək vəsatəti baxılmamış saxlayıb.

Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.

XƏBƏR LENTİ