“Onlar ən ağır cəzaya məhkum edilməlidirlər” - Millət vəkilindən “Tərtər işi” ilə bağlı açıqlama

369 6-09-2022, 10:45 cemiyyet

“Onlar ən ağır cəzaya məhkum edilməlidirlər” - Millət vəkilindən “Tərtər işi” ilə bağlı açıqlamaSosial şəbəkələrdə saxta cinayət işi əsasında Aprel döyüşlərində iştirak edən bir qrup hərbçinin işgəncələrə məruz qalaraq qətlə yetirilməsi, şikəst edilməsi ilə bağlı gedən tükürpərdici məlumatlardan sarsılmamaq mümkün deyil”.

Bunu “AzPolitika.info”-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Millət vəkili qeyd edib ki, orduya yerləşdirilən bir qrup casusun əli ilə Aprel döyüşlərində iştirak edən hərbçilərimizə ağır işgəncələr verilib: “Hərb tariximizə qəhrəmanlıq səhifələri yazan Aprel döyüşlərinin igid əsgər və zabitlərinə, Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaq məqsədi güdən Rusiya-Ermənistan cütlüyünün ordumuzun içərisində yerləşdirdiyi xəyanətkar, şərəfini vəzifəyə və pula satan şəbəkə tərəfindən amansız işgəncələr verildi. Onlar ordumuzu sarsıltmaq, onun döyüş əzmini qırmaq və torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq üçün bu cür yola əl atdılar. Ancaq bu cinayətkar şəbəkə və onu himayə edənlər kökündən yanıldılar. Əyilməz, qürurlu və Vətən üçün şəhid olmağı özünə şərəf və ucalıq bilən igid övladlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə bərabər, həm də Aprel döyüşlərində adını azərbaycanlı qoyub, erməni qədər xalqımıza düşmən kəsilən xainlər tərəfindən min bir əzabla öldürülən, fiziki və mənəvi-psixoloji travmalar alan vətənpərvər və igid övladlarımızın da intiqamını aldılar”.

“Ölkə prezidenti İlham Əliyevin xüsusi göstərişi əsasında istintaqı yenilənən “Tərtər işi”ndə iştirak edən hər kəs – günahsız övladlarımıza saxta istintaq açılmasının bütün təşkilatçılarına, saxta istintaq aparan və hökm çıxaranlara, saxta tibbi arayış verənlərə aman və güzəşt olmamalı, onlar ən ağıq cəzaya məhkum edilməlidirlər”,-deyə o, bildirib.

“AzPolitika.info”

XƏBƏR LENTİ