Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiya 640 hərbçisini itirib"

408 8-09-2022, 10:45 dunya

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiya 640 hərbçisini itirib"“Ukraynada Rusiya ordusunun daha 640 hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 250-ni ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 112 tank (+15), 4 557 (+37) zirehli döyüş maşını, 1 226 (+32) artilleriya sistemi, 305 (+5) reaktiv yaylım atəşi sistemi, 159 (+3) hava hücumundan müdafiə sistemi, 239 (+2) təyyarə, 210 (+2) helikopter, 884 (+4) PUA, 214 qanadlı raket, 15 gəmi, 3 344 (+24) avtomobil texnikası və avtosistern, 110 (+1) xüsusi texnikadan ibarətdir.

XƏBƏR LENTİ