Xarkov yaxınlığında əks-hücum: ISW Ukrayna Silahlı Qüvvələrinin irəlilədiyini açıqladı...

417 9-09-2022, 10:10 dunya

Xarkov yaxınlığında əks-hücum: ISW Ukrayna Silahlı Qüvvələrinin irəlilədiyini açıqladı...Müharibə Tədqiqatları İnstitutu (ISW) Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləyişi barədə xəbər verib. Ukrayna Ordusu ən azı 20 kilometr irəliləyərək sentyabrın 6-7-də 400 kvadrat kilometrə yaxın ərazini geri alıb.
Bu barədə ISW-nin yeni hesabatında bildirilir.

"Ukrayna qüvvələri İzyumdan şimalda Kupyanska doğru Rusiyanın nəzarətində olan əraziyə ən azı 20 kilometr dərinlikdə irəliləyib və 6-7 sentyabr tarixlərində təxminən 400 kvadrat kilometr ərazini geri alıb. Rusiya mənbələri iddia edib ki, Ukrayna qüvvələri E40 və N26 magistralları ilə cənub-şərq, müvafiq olaraq İzyum və Kupyansk istiqamətində irəliləyib. Geolokasiya göstərir ki, Ukrayna qüvvələri də T2110 magistral yolu ilə Balakliya, Verbovka, Yakovenkovo, Voloxovski Yardan (T2210 və E40-ın kəsişməsində), eləcə də Şevçenkove istiqamətindən şimal-şərqə doğru hərəkət ediblər,0 deyə ekspertlər bildiriblər.

Bundan əlavə, ekspertlər qeyd ediblər ki, Rusiya mənbələri artıq Ukraynanın təxribat-kəşfiyyat qruplarının Ağ Quyuda, Volçanskda və Gnilitsada, "Rus müdafiəsinin dərinliyində" yerləşən ərazilərdə və Seversky Donets çayının şərqində əməliyyatlar aparması barədə məlumat verməyə başlayıblar.

Xeberdar.net

XƏBƏR LENTİ