ƏVƏZ ZEYNALLI VƏ ELÇİN SADIQOV HAQDA HƏBS QƏRARI - Məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçdi (Yeniləndi)

513 11-09-2022, 08:30 cemiyyet

ƏVƏZ ZEYNALLI VƏ ELÇİN SADIQOV HAQDA HƏBS QƏRARI - Məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçdi (Yeniləndi)Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlara baxıb.

“Report”un məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlar təmin edilib.

Qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

***

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu gün saxlanılan "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılır.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Ə.Zeynallı ilə birlikdə vəkil Elçin Sadıqovun da məhkəmə qarşısına çıxarılacağı bildirilir.

***

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb. Onun vəkili Elçin Sadıqovun evində və ofisində axtarış aparılıb. Vəkilin ofisindən çoxlu sayda sənədlər götürülüb. Daha sonra E.Sadıqov da Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

XƏBƏR LENTİ