Azərbaycanda qarğıdalı yeyən gənc öldü

864 12-09-2022, 20:02 hadise

Azərbaycanda qarğıdalı yeyən gənc öldüŞəkidə qarğıdalı yeyən gənc vəfat edib.

Xeberdar.net-in Qafqazinfo-ya istinadən məlumatına görə, Şəki rayonunun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən Vüqar Mustafayevə həkimlər intensiv olaraq tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.

XƏBƏR LENTİ