MÜDAFİƏ NAZİRLİYİ SON MƏLUMATLARI VERDİ - "Vəziyyət gərgin olaraq qalır" + VİDEO

485 14-09-2022, 19:09 cemiyyet

Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub.

Bunu Ermənistanla sərhədindəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutublar.

Onun sözlərinə görə, Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.

Anar Eyvazov qeyd edib ki, Ordumuz tərəfindən cavab tədbirləri görülüb. Hazırda vəziyyət gərgin olaraq qalır.
“Təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələri canlı qüvvəsi və texnikada böyük itkilər verərək geri çəkilib” - deyə, Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, təəssüf ki, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı, xüsusilə Vətən müharibəsindən Ermənistan silahlı qüvvələri nəticə çıxarmayıb: “Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib.

Bütün hallarda ordumuzun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Qarşı tərəfə canlı qüvvə və texnika baxımından ciddi zərbə dəyib. Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Təəssüflə bildirim ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək"

XƏBƏR LENTİ