Vilayət Eyvazovdan yeni TƏYİNAT

439 20-09-2022, 11:48 cemiyyet

Vilayət Eyvazovdan yeni TƏYİNATDaxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Xeberdar.net Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

XƏBƏR LENTİ