13 yaşında ana olan qızla bağlı AÇIQLAMA

13 yaşında ana olan qızla bağlı AÇIQLAMA"Dünən 13 yaşlı qızı xəstəxanadan çıxardım. Sığınacaqda onun reabilitasiyası, psixoloji durumu və səhhəti ilə bağlı müalicələr gedir".

Musavat.com xəbər verir ki, bunu "lent.az"a açıqlamasında 13 yaşlı qızın 15 yaşlı oğlandan dünyaya uşaq gətirməsindən danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, qız məktəbə getmir:

"O, hələ bu tezliklə məktəbə gedə bilməz. Tam sağalandan sonra gedə bilər. Körpənin vəziyyəti stabildir. Hazırda doğum evindədir. İndi sənədləşmə aparırıq. 13 yaşlı qızın özü uşaq olduğu üçün mütləq dünyaya gətirdiyi uşağın qəyyumluğunu kimsə üzərinə götürməlidir".

Onun sözlərinə görə, sabah körpənin vəziyyəti qiymətləndiriləcək:

"Bu qəyyumluğu da uşağın nənəsi, yəni 13 yaşlı qızın anası şifahi olaraq mənə verib. Ehtimal edirəm ki, sabah icra hakimiyyəti, Sosial Xidmətlər Agentliyindən, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən uşağın vəziyyətini qiymətləndirmək üçün monitorinq qrupu gələcək".

13 yaşında ana olan qızla bağlı AÇIQLAMA

  • 21-09-2022, 10:57
  • 217


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  5. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI