Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir

1 283 27-09-2022, 21:39 cemiyyet / gundem


Bu barədə “Dunyaxeber.org” a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər. Qazıntı işi çayın üzərində çəkilmiş bəndin yaxınlığında aparılır. Sakinlərdən biri Spartak Nadirov möhkəm yağış zamanı yaranan sel bəndi dağılacağından və ətraf ərazilərin , minlərlə evin su altında qalacağından narahatdır. Digər vətəndaşların iddiasına görə, qazıntını aparan şirkət “SİRR-M” MMC-dir. Şirkətin qeyri-rəsmi olaraq iş adamı Hacı Mazana məxsus olduğu bildirilir. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.
Bu da əhali tərəfindən ekologiyaya edilən soyqırım kimi qiymətləndirilir. Əhali bildirir ki kimin nə iş gördüyü bizimçün maraqlı deyil sabah olacaqlardan isə zərər çəkəcək şəxslər bu ərazidə yaşayan camaat olacaq. Bu məsələ ilə bağlı Masallı şəhər İcra hakimiyyətində hümanitar məsələlərlə bağlı aidiyyəti şəxslə dəfələrlə əlaqə yaratmaq istəsək də zəngimizə cavab verilmədi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Viləşçayın Masallı rayonunun Şıxlar kəndindən keçən hissəsindəki hövzəsinin qanunsuz olaraq qazılıb daşınması barədə polisə müraciət daxil olub. Hazırda həmin müraciət əsasında Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dövlət başçısımızın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bu kimi özbaşınalıqları aidiyyəti qurumlara bildirdikdə nədənsə dövlət başçısının belə verdiyi əmrlərə laqeyd yanaşırlar ,müraciətlər sanki havada qalır.

Dunyaxeber.org

XƏBƏR LENTİ