Bakıda 2 yeniyetmə qız itkin düşüb

568 29-09-2022, 10:34 cemiyyet / hadise

Bakıda 2 yeniyetmə qız itkin düşübBakıda 13 yaşlı və 14 yaşlı qız uşaqları itkin düşüb.

Xeberdar.net APA-ya istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami rayon Polis İdarəsində araşdırma gedir.

Xeberdar.net

XƏBƏR LENTİ