Neft bahalaşıb

Neft bahalaşıbAzərbaycan neftinin qiyməti 93 dolları ötüb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 89,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar bahalaşaraq 83,98 dollar olub.

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,66 dollar artaraq 93,34 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Neft bahalaşıb

  • 4-10-2022, 13:25
  • 920


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI