Radikal sağçı qrup ABŞ-da silahlı üsyana hazırlaşırmış

432 4-10-2022, 15:51 dunya

Radikal sağçı qrup ABŞ-da silahlı üsyana hazırlaşırmışBİrləşmiş Ştatlarda fəaliyyət göstərən radikal sağçı “Andın mühafizəçiləri” qrupunun üzvləri 2021-ci ilin əvvələində Konqresdə prezident seçkilərinin nəticələrini təsdiq edilməsinə mane olmaq üçün silahlı üsyan planlaşdırıblar.
Xeberdar.net Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

“Andın mühafizəçiləri ”ın 5 üzvü qiyam təşkil etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Qeyd edək ki, bu 6 yanvar 2021-ci il tarixdə ABŞ parlamentinin hər iki palatasının üzvlərinin seçkilərin nəticələrinin təsdiqini nəzərdən keçirdikləri sessiya zamanı zorakılıqla zala daxil olmaq istəyən etirazçılara qarşı irəli sürülən ən ciddi ittiham aktı sayılır. Həmin vaxt konqresmenlər və senatorlar polisin mühafizəsi altında iclasları dayandırmağa və təcili olaraq Kapitol binasını tərk etməyə məcbur olmuşdular.

İttihama görə, qrup üzvləri bir neçə aydır ki, əslində bu tədrbirə bir neçə ay əvvəldən hazırlşıb. Onlar Vaşinqtonun ətrafında bir oteldə silahlarını saxlayıb və yeri gəldikdə ondan istifadə etmək niyyətində olublar. Prokurorluğun istinad etdiyi sui-qəsdçilərin niyyətlərinin ciddiliyinə dair sübutlar arasında “Andın mühafizəçiləri” qrupunun rəhbəri Stüart Rodsun elektron mesajlarından sitatlar var. Rods prezident seçkilərindən iki gün sonra həmkarlarına yazıb: “Biz vətəndaş müharibəsi olmadan bu vəziyyətdən çıxa bilmərik”. Beş müttəhimdən biri olan Rodosun özü Konqres binasına hücumda iştirak etməyib, baş verənləri kənardan izləyib. Konqresin binasına soxulanlar arasında qrupun digər üzvləri də olub, onlar polislə toqquşmalarda iştirak ediblər.

Rodosun vəkili bu iddiaların əsassız olduğunu bildirir. Onun sözlərinə görə, "mühafizəçilər” əslində sülhməramlılar kimi çıxış etmək fikrincə olublar. Onlar prezident Trampın iğtişaşları yatırtmaq üçün hərbi gücdən istifadə etməsinə icazə verən “Üsyanla Mübarizə Aktı”na əsasən, liderlərindən siqnal gözləyiblər. Lakin Trampdan heç bir işarə gəlməyib.

XƏBƏR LENTİ