Ukraynanın keçmiş prezidentinə və müdafiə nazirinə sanksiya tətbiq edilib

360 13-10-2022, 10:29 dunya

Ukraynada 4 nəfərə qarşı sanksiya tətbiq edilib

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edib.

Xeberdar.net-in UNİAN-a istinadla xəbərinə görə, qərar artıq qüvvəyə minib.

Qərara əsasən 4 nəfərə sanksiya tətbiq edilib. Siyahıya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş müdafiə naziri Pavel Lebedev, media maqnatı Sergey Kurçenko və rusiyalı iş adamı Sergey Deripaska daxildir.
Sanksiya çərçivəsində onların Ukraynadakı aktivləri bloklanacaq.

Xeberdar.net

XƏBƏR LENTİ