Dəhşətli qəzada ölən şəxsin arvadı intihar etdi - Bakıda DƏHŞƏT

424 13-10-2022, 17:01 cemiyyet / hadise

Dəhşətli qəzada ölən şəxsin arvadı intihar etdi - Bakıda DƏHŞƏTBakıda intihar hadisəsi olub.

Xeberdar.net Lent.az-a istinadən xəbər verir ki, Kürdəxanı qəsəbəsində 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub.

Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.

Nahidənin ərinin ölümünə dözə bilməyərək özünü asdığı qeyd edilib. Ailənin azyaşlı övladları qalıb.

Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.

Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.


Xeberdar.net

XƏBƏR LENTİ