“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO

415 14-10-2022, 16:25 cemiyyet

“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ziyalı Ocağı” İctimai Birliyi oktyabr ayının 14-də Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 saylı orta məktəbdə “Erməni vandalizminin izləri” adlı növbəti tədbirini reallaşdırdı.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının –Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə layihə rəhbəri İlahə Əliyeva açaraq bildirdi ki, -“Biz tarixin müəyyən zaman kəsiklərində xalqımızın başına gətirilən faciələri, soyqırımları unutduq və unutdurduq. Mənfur düşmənlərimizi gələcək nəsillərə olduğu kimi tanıtmadıq. Qatı düşmən isə heç zaman yatmadı, çirkin niyyətlərinin keşiyində həmişə ayıq-sayıq dayandı. Qələbələrini də elə bu səbəbdən qazandı. 1536-cı ildə bir milyon kvadrat kilometrlik ərazidə özünün parlaq səltənətini quran böyük Azərbaycan hazırda 86,6 min km²-lik bir əraziyə malikdir. Bu faktın özü bir çox məqamlardan, mətləblərdən xəbər vermirmi?
Zamanında düşmənin hiyləsini, məkrini görüb xalqa olduğu kimi izah etsəydik, təbliğ etsəydik, xalqın yaddaşını korşalmaqdan qorusaydıq və ən nəhayət, birləşsəydik, bu günkü maddi və mənəvi itkilərlə üzləşməzdik.
Dünənimizdə baş verən səhvləri bu gün düzəltməliyik. Haqq səsimizi bütün dünyaya hayqırmalı, pozulmuş hüquqlarımızı, hələ də işğal altında qalan digər torpaqlarımızı da geri qaytarmalıyıq. ”
Layihənin eksperti Rəsul Həşimov (Mirhəşimli) öz çıxışını işğalçı Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallıq aktları üzərində qurdu. O söylədi ki, -“mən işğaldan azad olunan, doğulub, boya-başa çatdığım rayona –Qubadlıya getdim, kəndimizi gördüm. Orada, o cənnətməkan guşədə daş-daş üstündə qalmamışdı. Bu barbar ermənilər işğal olunmuş ərazilərimizdə, rayon və kəndlərimizdə hər cür vandallıq aktına əl atmışlar. Nə evlər var, nə mədəniyyət ocaqları. Hamısını söküb, oğurlayıb aparmışlar.
Erməni quldurları tarixi, milli-dini abidələrlə yanaşı flora və faunanı da məhv etmişlər. Ekoloji fəsadlara yol açan, insanlığa yaraşmayan cinayətlərə əl atmışlar. Bunları görmək, yaşamaq olduqca ağırdır”.
R. Həşimov vurğuladı ki, “ordusu güclü olan xalq basılmazdır. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu şanlı bir səhifə yazdı. 28 illik bir işğala, nisgilə son qoydu. Son əsrlərdə mərhələli şəkildə torpaq itkisi ilə üzləşən xalqımız tarixi zəfərə imza atır, itirilmiş, qəsb edilmiş torpaqlarımızı, ərazilərimizi geri qaytarırdı. Bütün Azərbaycan xalqı o günləri bayram edirdi”.
Müharibə veteranı İslam Mahmudov “Torpaq uğrunda ölən varsa Vətəndir!” mövzusundakı çıxışında öz gəncliyindən, torpaqlarımızı azğın erməni tapdağından xilas etmək üçün vuruşmağından danışdı. Onunla bərabər vətən uğrunda sinəsini sipər edən gənclərimizin sarsılmaz şücaətindən, vətənpərvərliyindən, habelə, Vətən müharibəsinin tarix salnaməmizdəki möştəşəm məqamından bəhs etdi. Böyük qələbəmizin, zəfərimizin qazanılması yolunda canından keçən Oğulların dillərə dastan olan igidliyindən söhbət açdı.
Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 9b sinif şagirdi Nazlı Quliyeva bu qəbildən olan tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini bildirdi.
Məlumat üçün bildirək ki, “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə reallaşdırdığı “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihə iki aylıq bir müddəti əhatə edir.

XƏBƏR LENTİ