Ermənilər ordumuzun mövqelərini atəşə tutdu

389 15-10-2022, 10:36 cemiyyet

Ermənilər ordumuzun mövqelərini atəşə tutduAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub:

"Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".

XƏBƏR LENTİ