Azərbaycanda daha 3 nəfər COVID-19-dan vəfat edib

335 18-10-2022, 19:43 cemiyyet / hadise

Azərbaycanda daha 3 nəfər COVID-19-dan vəfat edibSon sutkada 69 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 412 nəfərdir.

Ölkədə son sutka ərzində 2 780, hazırkı dövrədək isə 7 293 381 test aparılıb.

XƏBƏR LENTİ