Siyəzəndə avtobus aşdı: 10 yaralı var

381 19-10-2022, 10:32 cemiyyet / hadise

Siyəzəndə avtobus aşdı: 10 yaralı varSiyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Siyəzəndə avtobus aşdı: 10 yaralı var

Xeberdar.net

XƏBƏR LENTİ