Şirvanda avtomobil 2 piyadanı vurub

486 21-10-2022, 10:19 cemiyyet / hadise

Şirvanda avtomobil 2 piyadanı vurubHadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Şirvanda avtomobil 2 nəfəri vurub. Xeberdar.net-in AYNA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ