BDU-nun dosenti vəfat etdi

461 21-10-2022, 10:25 cemiyyet / hadise

BDU-nun dosenti vəfat etdiBakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəylı vəfat edib.

Bu barədə Yenicag.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, O.Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə “Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb. Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

XƏBƏR LENTİ