Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

415 22-10-2022, 12:10 cemiyyet

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubMüdafiə Nazirliyi məlumat yayıb

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ