Laçında minaya düşən şəxslərdən biri ölüb

439 22-10-2022, 12:31 cemiyyet / hadise

Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.

Xeberdar.net bildirir ki,APA-nın əldə etdiyi məlumata görə, Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ