Nümunəvi əməkdaşlıq səviyyəsində olan müttəfiqlik - İsrafil Kərimovun yazısı

284 26-10-2022, 11:34 cemiyyet

Nümunəvi əməkdaşlıq səviyyəsində olan müttəfiqlik - İsrafil Kərimovun yazısıNümunəvi əməkdaşlıq səviyyəsində olan müttəfiqlik
Oktyabr ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işıüzar
səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük
əhəmiyyətə malikdir. 30 il davam edən Azərbaycan-Gürcüstan
münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə
dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu
əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Bu
səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşıb
və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji
əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından
olduqca mühüm əhəmiyyətə malikdir.
Uğurla nəticələnən bu səfər Gürcüstan və Azərbaycan arasındakı
dostluq və qardaşlıq münasibətlərinə yeni təkan vermişdir. Bölgədə gedən
proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkə başçıları tərəfindən
müzakirə edilib, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata
bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib ki,
bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və
Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni
zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə
ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən
Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına
böyük ehtiyac vardır. Prezident İlham Əliyev, eyni zamanda vurğulayıb ki,
Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim
əməkdaşlığımızı daha da gücləndirir. Dövlət başçısı qeyd edib ki, ticarət
dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət
dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın
sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da
gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə
qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin
maraqlarına cavab verir.
Azərbaycan və Gürcüstan arasında regional əhəmiyyətə malik olan
əməkdaşlıq genişlənməkdədir. Bir çox icra olunan birgə layihələr təkcə
ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi
əhəmiyyət daşıyır. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların
həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə
qabiliyyətini 5 milyon tona çatdırılması nəzərdə tutulub. Bu məqsədlə bu il
və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaqdır.
Bu gün Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq
niyyətindədir. Bu il 22 milyard kubmetr ixrac nəzərdə tutulub, gələn il daha
da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında
imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda
göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə
artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz
ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-
Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaqdır. Bütün bunlar
dövlətlərimiz arasında iqtisadi və digər sahələrdə əlaqələrin daha da
genişlənməsinə imkan yaradır.
Hazırda isə enerji resurslarına dünyada və Avropada böyük tələbat
olduğu üçün Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər
iki dövlətin milli maraqlarına xidmət edəcəkdir.

XƏBƏR LENTİ