ÜST-dən vaksinasiya ilə bağlı açıqlama

317 26-10-2022, 12:44 dunya

ÜST-dən vaksinasiya ilə bağlı açıqlamaQebreyesus: "Peyvənddəki boşluq qlobal bərpanı təhdid edir"

Dünya əhalisinin təxminən üçdə biri koronavirusa qarşı peyvənd olunmayıb.

Xeberdar.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, dünyada peyvəndə bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.

“Aşağı gəlirli ölkələrdə tibb işçilərinin yarıdan çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirusa qarşı peyvənd olunmur. Peyvənddəki boşluq qlobal bərpanı təhdid edir, hamı üçün risk yaradır”.

Baş direktor hesab edir ki, ən vacib dərslərdən biri peyvəndlərin və terapevtik vasitələrin istehsalı coğrafiyasının genişləndirilməsi zərurətidir, çünki pandemiya indi yalnız az sayda ölkədə belə imkanlara malik olduğunu göstərdi.

Xeberdar net

XƏBƏR LENTİ